Azərbaycan Milli İncəsənət Muzeyinin qarşısında qoyulmuş “Akrobatik konstruksiya” (1962-1963) adlı heykəl

Çərşənbə | 18 Sentyabr, 2024

AZ

Bütün bakılılara yaxşı tanış olan, Azərbaycan Milli İncəsənət Muzeyinin qarşısında qoyulmuş “Akrobatik konstruksiya” adlı heykəl 1962-1963-cü illərdə azərbaycanlı heykəltəraş, Xalq rəssamı Fuad Salayev tərəfindən yaradılıb. O, həmin vaxt Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi idi. Bu əsər müəllifin digər monumental heykəlləri kimi, tuncdan hazırlanıb. Mürəkkəb bir quruluşa malik olan kompozisiya idmançı fiqurlarından ibarətdir. Həmin fiqurlar akrobatik “piramida”ya bənzəyən hərəkəti yerinə yetirən zaman təsvir olunub. Bəzi idmançılar öz böyük gücünü, digərləri isə qeyri- adi çevikliyini nümayiş etdirdikləri bu cür hərəkətlər 1920-1950-ci illərdə çox məhşur idi. Heç bir özfəaliyyət konsert proqramı, ya da dövlət miqyaslı bayram paradları “piramida”larsız keçməzdi. Məhz “piramida” ölkədə idmanın kütləviliyinin, hər kəs üçün əlçatan olmağının rəmzi kimi qəbul edilir, bu da Müslüm Maqomayevin məşhur mahnısından olan “Bütün ölkə bizim stadionumuzdur” devizinin əyani təsviri kimi qəbul olunurdu. 1960-cı illərdə Fuad Salayevin bu heykəltəraşlıq kompozisiyasının yaratdığı zamanda, akrobatik “piramida”ların dövrü artıq sona çatır, amma idmanın kütləviliyi, bədən gözəlliyinə və gücünə hər kəsin can atması, fiziki imkanların yarışlarda sınaqdan keçirilməsi ideyası daha da yüksəlirdi. Qarşıda ölkəni böyük idman qələbələri gözləyirdi ki, həmin dövr bir çox rəssam və heykəltəraşlar tərəfindən vəsf olunmuşdur. Fuad Salayevin özünün ən yaxşı işlərindən biri hesab etdiyi, həcm-məkan həllinin uğurlu nümunəsi olan  “Akrobatik konstruksiya” da həmin əsərlər pleyadasına aiddir. Xatırladaq ki, Fuad Salayev bir çox möhtəşəm əsərlərin müəllifidir və bu əsərlərin əksəriyyəti paytaxtımızın mərkəzindəki tanınmış binaların qarşısında qoyulub. Buna misal olaraq, Muzey Mərkəzinin qarşısındakı atlı heykəlləri və ya Mahnı Teatrının qarşısındakı görkəmli sənətkar Rəşid Behbudovun abidəsini göstərmək olar. Onun çoxsaylı heykəllərinə dinamizm və ekspressivlik xasdır ki, bu da balans və ritm hissinin incə bir təzahürüdür.


RU

Известная всем бакинцам работа под названием «Акробатическая конструкция», установленная перед Азербайджанским национальным музеем искусств, была создана азербайджанским скульптором, народным художником Азербайджана Фуадом Салаевым в 1962–1963 гг, когда он был студентом художественного училища. Как и многие другие образцы монументальной скульптуры этого автора, «Акробатическая конструкция» отлита в бронзе. Она представляет собой сложную композицию, где фигуры спортсменов изображены в ходе выполнения упражнения, напоминающего акробатическую «пирамиду». Такие упражнения, в которых одни спортсмены могли продемонстрировать огромную силу, а другие – не менее выдающуюся ловкость, были популярны в 1920–1950-гг. Без «пирамид» не обходились ни концертные программы самодеятельности, ни праздничные парады государственного масштаба. Именно «пирамида», служила своего рода символом массовости спорта в стране, его доступности каждому, иллюстрируя собой возвышенный девиз из песни Муслима Магомаева: «Вся страна – это наш стадион». В 1960-е годы, когда была создана эта скульптурная композиция Ф.Салаева, время акробатических «пирамид» было уже на излете, но сама идея массовости спорта, всеобщего стремления к красоте и силе тела, к раскрытию его возможностей в состязаниях, наоборот, шла на взлет. Впереди были годы великих спортивных побед страны, воспетых многими художниками и скульпторами той эпохи…«Акробатическая конструкция», которую Фуад Салаев считает одной из лучших своих работ как удачный пример объемно-пространственного решения – именно из той плеяды работ. Напомним, что Фуад Салаев – автор множества блестящих произведений, многие из которых установлены перед знаковыми зданиями в центре нашей столицы – таковы, например, его конные статуи перед Музейным центром или памятник Рашиду Бейбутову перед Театром песни. Большинству его скульптур присуща динамичность и экспрессивность, что отражает тонкое чувство равновесия и ритма.

ENG
A well-known statue to all Baku citizens, the "Acrobatic Construction", standing in front of the Azerbaijan National Museum of Art was created by Azerbaijani sculptor, People's Artist of Azerbaijan, Fuad Salayev, in 1962-1963 while he was a student at A. Azimzadeh Azerbaijan State Art School. This artwork is made of bronze, like the other monumental statues by the artist. It represents a complex composition, depicting the figures of sportsmen in the midst of an exercise, resembling an acrobatic "pyramid". Such exercises, where some sportsmen showed their great strength, and others demonstrated no less remarkable dexterity, were very popular in the 1920s-1950s. No self-activity concert programmes or national holiday parades would be complete without these "pyramids". The "pyramid" was considered a symbol of the mass character of sports in the country, and its accessibility to everyone, which was considered as a visual representation of the motto, "The whole country is our stadium", from Muslim Magomayev's famous song. During the creation of this sculptural composition by Fuad Salayev in the 1960s, the era of acrobatic "pyramids" was coming to an end, but the idea of the mass character of sports, and the universal aspiration for the beauty and strength of the body, and the revelation of its potential in competitions, was rising. Ahead were the years of great sports victories for the country, which were praised by many artists and sculptors of that era… "Acrobatic Construction", which Fuad Salayev considers one of his best works, as a successful example of a volume-space solution, exactly belongs to that pleiad of works. It should be noted that Fuad Salayev is the author of many magnificent works, most of which are placed in front of iconic buildings in the center of our capital, such as his equestrian sculptures in front of the Museum Center or the monument to the great master Rashid Behbudov in front of the Song Theatre. Most of his sculptures are characterized by dynamism and expressiveness, which is a manifestation of a delicate sense of balance and rhythm.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.