Azərbaycan və Özbəkistanın İncəsənət muzeyləri əməkdaşlığı g...

15 Sentyabr-15 Sentyabr, 2023

Keçirilmiş

Sentyabrın 15-də Özbəkistan Dövlət İncəsənət Muzeyində  Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədi ilə Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənəd Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev və Özbəkistan Dövlət İncəsənət Muzeyinin direktoru Vasila Fayziyeva tərəfindən imzalanıb. Tərəflər dost və qardaş olan iki ölkə arasında mədəni əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edərək bu sazişin muzeylər arasında gələcək əlaqələrin inkişafına, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əmin olduqlarını qeyd ediblər.

5 il müddətinə imzalanan memorandum iki nüfuzlu dövlət  incəsənət muzeyi arasında elmi tədqiqat və bərpa-konservasiya işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, birgə sərgilərin təşkili, mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi kimi məsələləri əhatə edir.

Son Sərgilər

“Miniatürsayağı” adlı fərdi sərgisi...

Ətraflı...

“Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...

Oktyabr ayı boyunca tədbirlər...

Ətraflı...

Rusiya Federasiyasından qonaqlarla görüş...

Ətraflı...