“Azərbaycan səsləri” adlı multimedia layihəsinin təqdimatı...

20 May-23 May, 2023

Keçirilmiş

İslam İncəsənəti Biennalesi çərçivəsində “Azərbaycan səsləri” adlı multimedia layihəsinin təqdimatı.

20-23 may tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Hava Limanının Həcc terminalında ilk İslam İncəsənəti Biennalesinin təntənəli bağlanış mərasimi baş tutmuşdur.

İslam incəsənətinin mənəvi, yaradıcı və estetik tərəflərinin keçmiş, indi və gələcəyinin öyrənilməsinə həsr olunmuş İslam İncəsənəti Biennalesi Həcc” terminalında 70.000 m² sahəni əhatə edən ərazidə təşkil edilib.

Biennalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyinin islam incəsənəti kolleksiyası əsasında Azərbaycan pavilyonu da təqdim edilib.

Pavilyonda muzeyin kolleksiyasına məxsus dəyərli eksponatlar, həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyyuqinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşa: geri dönüş” adlı multimedia instalyasiyası nümayiş etdirilib.

Tədbir çərçivəsində Azərbaycanın mədəni irsinin, zəngin musiqi sənətinin təbliği məqsədilə “Azərbaycan səsləri” adlı multimedia layihəsinin təqdimatı  baş tutmuşdur. Təqdimatda canlı musiqi müşayiəti ilə tar ustası İbrahim Babayev və istedadlı qrafik dizayner Timur Əmirxan “Keçmişin səsi” və peşəkar rəssam, səs sənətçisi (sound artist) Fərhad Fərzəliyev “Əbədi səs mənzərələri” adlı audio-vizual instalyasiyalar ilə çıxış ediblər. Layihənin kuratoru Könül Rəfiyevadır.

Tədbirdə rəsmi qonaq qismində Azərbaycanın Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev iştirak edib.

Bundan əlavə tədbir çərçivəsində Azərbaycan mətbəxinin tanıtımı məqsədilə milli təamların nümayişi və dequstasiyası baş tutmuşdur.  Milli mətbəxin tarixi və ənənlərini, həmçinin İslam mədəniyyəti ilə əlaqələrini əks etdirən milli yeməklər və şirniyyatlar ziyarətçilərə təqdim edilmişdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...