"Sevgi toxumları" adlı əyləncəli tədbir proqramı keçilirildi...

10 Fevral-11 Fevral, 2018

Keçirilmiş

Uşaqlar öz valideynləri, nənə-babaları, doğmaları üçün həmişə sevinc mənbəyidir. Heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıq olan övladlarımıza lap erkən yaşlarından sevgini, şəfqəti və dostluğu aşılamalı, humanist insan kimi yetişdirməliyik. 10-11 fevral tarixlərində Milli İncəsənət Muzeyində ən dəyərli varlığımız olan uşaqlar üçün yeni “Sevgi toxumları” adlı əyləncəli tədbir proqramı keçilirildi.
Uşaqlar üçün fransız yazıçısı və tənqidçisi Şarl Perro tərəfindən qələmə alınmış “Yatmış gözəl” əsəri əsasında "love therapy" keçirildi. "Therapy" zamanı uşaqlar nağılın illüstrasiyalarını izləyərək klassik əsərlər fonunda maraqlı müzakirə apardılar.
Balacalar böyük maraqla ustad dərslərində iştirak edərək öz əziz valideynləri üçün rəngli kağızlardan müxtəlif aplikasiyalar və açıqcalar düzəltdilər. Gələcəyin böyük rəssamları panno üzərində quaşla bir-birindən gözəl rəsm əsərləri yaradaraq rəngli dünyalara səhayət etdilər. Kiçik qonaqlarımız “face art"ın köməyi ilə anındaca sevimli nağıllarının baş qəhrəmanına çevrildilər.
Sülh, sevgi və paklığın simvolu olan uşaqlar bu həftə sonunu ən xoş xatirlələrlə yada salacaq və hələ uzun müddət unutmayacaqlar.
Təbdir proqramında balacalarla yanaşı böyükləri düşənərək onlar üçün avstriyalı rəssam Qustav Klimtin yaradıcılığına həsr olunmuş “Busə” adlı mühazirə təqdim olundu.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...