"Aydınlığa doğru"...

22 Dekabr-22 Dekabr, 2014

Keçirilmiş

22 dekabr 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə  Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü, yazıçı, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi Sara Oğuz Nəzirovanın 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Gecədə Sara xanımla bir neçə filmə imza atmış kino rejissoru, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin Sara Oğuzun çoxsahəli zəngin yaradıcılığına və həyat yoluna həsr olunmuş  sənədli filmi nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən yazıçı - dramaturq Əli Əmirli,  kino rejissor, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə,teatrşünas, tənqidçi, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə, o cümlədən digər tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri,qələm dostları yazıçı haqqında ürək sözlərini, xatirələrini səsləndirmişlər.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...