"Yerusəlimdən sevgi ilə" adlı klassik musiqi gecəsi ...

05 Sentyabr-05 Sentyabr, 2016

Keçirilmiş

Azərbaycan və İsrail arasında mədəni əlaqələrin daha da inkişafı, mədəniyyət mübadiləsinin güclənməsi məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və “Aziz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvarçın “Yerusəlimdən sevgi ilə” adlı klassik musiqi gecəsi keçirilirdi.

Konsertdə dünya bəstəkarları Cakoma Puççininin “Bohema” operasından Musettanın “Quando men vo” ariyası, Lüdoviq van Bethovenin “Beşinçi sonatası”, Volfqanq Amadey Motsartın “Hökmdar çoban” operasından Amintanın “L’amero, saro costante” ariyası, Şarl Fransua Qunonun “Romeo və Culyetta” operasından Julyettanın “Je veux vivre” ariyası, Kleman Filiber Leo Delibin “Les filles de Cadix” vokal əsəri, Sergey Raxmaminovun “Zdes xoroşo” və “Ne poy krasavitsa pri mne” romansları, Nikolay Andreyeviç Rimskiy-Korsakovun “Plenivşis rozoy solovey” romansı, Rixard Ştrausun “Morgen” və “Cacilie” əsərləri, Frtis Kreyslerin “Liebesfreud” və “Liebesleid”, “Şon Razmarin” pyesləri, Niyazinin “Arzu” romansı və Moşe Rappaportun “Çalamti et şirat hazamir” əsəri səsləndi.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...