"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadoludan Əsintilər" adlı ...

05 Oktyabr-20 Oktyabr, 2023

Keçirilmiş

Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulumasının 100 illiyinə həsr olunan  “Türkiyə- Azərbaycan Qardaşlığı: Anadoludan Əsintilər” adlı Bakı Rəsm Sərgisinin açılış mərasimi baş tutub.

Sərgininin açılış mərasimini Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova  qonaqları salamlayaraq başlatdıb. Mərasimində sənət nümayəndələrinə, Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) rəhbəri  Ali Eserə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bağcıya, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevə  söz verilib. Öz nitqlərində qonaqların hər biri  öncəliklə Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin  dərin və ayrılmaz bağla bir-birinə birləşdiyini, iki dövlət arasındakı stratejik münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıblar. Həmçinin tədbirdə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün hər zaman istər sənətə, istərsə də sənətkara xüsusi qayğı ilə yanaşdıqları, onların bu yolda irəliləməsinə təkan verdikləri qonaqların diqqətinə çatdırılan mövzular sırasında durub. Sənət nümayəndələri eyni zamanda incəsənətin  mədəni və dostluq münasibətlərinin genişlənməsində önəmli vasitə olduğunu da bildirərək türk sənətçilərin Anadolu əsintisini öz əsərləri ilə Bakıya gətirməsinin yaradıcılıq əlaqələrinin möhkəmlənməsində əhəmiyyətini vurğulayıblar.

Tədbir bir sıra sənət xadimlərinə mədəniyyət və incəsənətə verdikləri töhfələrə görə “SAKÜDER 2023” mükafatı ilə təltif olunaraq yekunlaşıb.

Sərgidə Türkiyənin İstanbul, Ankara,İzmir,Antalya şəhərlərindən və paytaxt Bakımızdan 19 rəssamın 40-a yaxın əsərləri nümayiş etdirilməkdədir. Vernisajda təqdim edilən dəyərli sənət inciləri arasında Lütfü Günay, Asım Yücesoy, Anar Hüseynzadə, Bərfu Bozkurt, İnci Tekin Mustafa Pişkin kimi önəmli sənətkarların əsərləri yer almaqdadır.

Sərgi 20 oktyabr 2023-cü il tarixinədək davam edəcək.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...