"Miniatürsayağı" adlı fərdi sərgisi...

13 Oktyabr-20 Oktyabr, 2023

Keçirilmiş

Oktyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış dəzgah və kitab qrafikası ustası, Xalq rəssamı Arif Hüseynovun 80 illiyinə həsr olunmuş sərgilər silsiləsinin sonuncusu - “Miniatürsayağı” adlı fərdi sərgisinin açılış mərasimi baş tutub.

Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Rəssamlar İttifaqı, “HüsnАrt” Təsviri Sənət Mərkəzi tərəfindən  və Azərbaycan Milli İncəsənət Muzeyinin evsahibliyi ilə təşkil olunub.

Tədbirin açılış nitqini deyən  Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor  Çingiz Fərzəliyev Arif Hüseynovun Azərbaycan incəsənətində və gənc rəssamlar nəslinin yetişdirməsində danılmaz rolunu vurğulayıb. Habelə çıxış edənlərdən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, sərginin kuratoru, sənətşünas Ziyarət Cabbarova və başqaları Arif Hüseynovun qrafika, illüstrasiyalar və ya miniatür əsərlərinin ölkəmizin tarixiliyi barədə məlumatları özündə ehtiva etdiyini diqqətə çatdırıblar. Tədbirdə Arif Hüseynovun çoxsaylı kitab nəşrlərinə illüstrasiyalar yaratdığı, hətta yaxın zamanlarda miniatür janrında 50 rəngli illüstrasiyaya yazdığı “Aşıq poeziyasının antologiyası”nı nəşr etdiyi də vurğulanıb.

Açılış nitqlərindən sonra qonaqlar sərginin ekspozisiyası ilə tanış olublar. Vernisajda 50-ə yaxın miniatür əsəri təqdim olunmaqdadır. Nümayiş olunan nümunələr sırasında rəssamın “Simurq quşu”, “Göyçək Fatma”,  Azərbaycan xalq nağılları silsiləsindən “Məlik Məmməd”, “Cırtdan”, “Torpaq çərşənbəsi” adlı əsərləri yer almaqdadır.  Arif Hüseynovun yaradıcılıq incilərində bütün varlığı ilə bağlandığı maddi mədəniyyət nümunələrimiz, folklorumuz, adət-ənənələrimiz yeni həyata, yaşama qədəm qoyur.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...