"Dünya uşaqların gözü ilə - Avropa turnesi" sərgisi...

31 May-06 İyun, 2014

Keçirilmiş

Dünyanın əksər ölkələrində olduğu kimi, 1iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir.  Bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində rəssam Tatyana Kesarın rəhbərlik etdiyi Art Studiyasının layihəsi əsasında “Dünya uşaqların gözü ilə - Avropa turnesi” adlı sərgi keçirilir. Sərgidə Tatyana Kesarın yetirmələrinin Avropanın paytaxt şəhərlərinin ən yaxşı qalereyalarında sərgilənən əsərləri nümayiş olunacaq.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Tatyana Kesarın rəhbərlik etdiyi və Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayı nəzdində fəaliyyət göstərən Art Studiyası öz yetirmələrində təsviri sənətə məhəbbət oyadaraq 25 ildən artıqdır ki, fəaliyyət göstərir.

Bu müddət ərzində Tatyana Kesarın tələbələri dəfələrlə dünyanın müxtəlif ölkələrində - Yaponiya, Fransa, ABŞ, Polşa, Rusiya və Ukraynada keçirilən fərqli beynəlxalq rəsm və təsviri sənət sərgilərinin iştirakçıları və qalibləri olmuşlar. 1993-cü ildə rəssamın yetirməsi Anar Mustafayev Yaponiyada beynəlxalq uşaq rəsm müsabiqəsində gümüş medalla mükafatlandırılmış, digər istedadlı gənc - Afaq Bəşirova 2006-cı ildə Fransada keçirilən beynəlxalq müsabiqədə birinci yerin qalibi olmuşdur. Studiyanın gənc rəssamlarının əldə etdiyi mükafatlar içərisində xüsusilə bir faktı qeyd etmək olar ki, onlardan biri – Stanislav Şpaninin adı ən gənc professional rəssam kimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə layiq görülmüşdür.

Studiyanın yetirmələri Münəvvər Muxtarova və Kamilla Hacıyeva Tsiperoviçin əsərləri Berlin muzeyinin ekspozisiyasına daxil olmuşdur.

Studiyanın dünyanın bir çox ölkələrində - Bolqarıstan, Belçika, İspaniya, Avstriya, İtaliya, İngiltərə və Macarıstanda həyata keçirilən fərdi sərgiləri tamaşaçıların marağına səbəb olmuşdur.

Öz fəaliyyəti dövründə Tatyana Kesar dəfələrlə müxtəlif lahiyələrə imza atmışdır. “Portret və xarakter” Tatyana xanım tərəfindən həyata keçirilən ilk bədii layihədir. Gənc azərbaycanlı rəssamların növbəti sərgisi 2010-cu ildə Bolqarıstanda keçirilən “Bizim emalatxana–Sofiya vernisajı”dır. “Bizim emalatxana–Sofiya vernisajı” sərgisinin ideyası rəssamlıq sənətinin dahi sənətkarları: Leonardo da Vinçi, Piter Paul Rubensdən götürülmüşdür.

Belə layihələrdən biri Azərbaycanın Avstriyadakı səfərliyinin dəstəyi ilə 2012-ci ildən fevral ayının 6-dan 12-dək davam etmiş  Vyana şəhərində keçirilmiş  “Vyana nağılı” sərgisidir.

Hər dəfə yeni bir layihə ilə çıxış edən Tatyana Kesarın şagirdlərinin sərgilərdən biri kimi 2014-cü ilin may ayında Macarıstanın KOGART qalereyasında “Gənc azərbaycanlı rəssamlar Budapeştdə” adlı sərgisini də qeyd etmək olar.

Sərgi 31 may 2014-cü il tarixində, saat 17.00-da  Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında keçirilir və iyunun 6-dək davam edəcəkdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...