7–8 fevral tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində görkəmli nonkonformist rəssamlarımızın yaradıcılığına həsr olunmuş “Üfüqü ötənlər” sənədli filmi nümayiş etdirilib.

7–8 fevral tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində görkəmli nonkonformist rəssamlarımızın yaradıcılığına həsr olunmuş “Üfüqü ötənlər” sənədli filmi nümayiş etdirilib.

Film XX əsr Azərbaycan təsviri sənətində nonkonformizm istiqamətinin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Əşrəf Murad kimi sənətkarların yaradıcılıq dünyasına nəzər salır.Rəsmi ideoloji çərçivələrdən kənarda formalaşan bu istiqamət estetik və düşüncə sərhədlərini aşan, daxili azadlığa əsaslanan və dövrün qadağaları fonunda formalaşmış bədii dili ilə seçilir.

Ekran əsəri rəssamların fərdi təcrübələri və yaradıcılıq axtarışları vasitəsilə bütöv bir dövrün mənəvi-emosional mənzərəsini canlandıraraq kino həvəskarlarına Azərbaycan sənət irsinə yeni və fərqli prizmadan baxmaq imkanı yaradıb.

Nümayişdən sonra qonaqlar “Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiya ilə tanış olublar.

Film və sərgi qonaqlara rəssamların yaradıcılığını yaxından kəşf etmək və onun təsirini birbaşa yaşamaq imkanı verib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

  • Növ :

    Muzeydə kino
  • Vaxt :

    7 Fevral 2026 - 8 Fevral 2026

event gallery