Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın elmi məqaləsi beynəlxalq nəşrdə

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın elmi məqaləsi beynəlxalq nəşrdə

Cənubi Koreyanın Keimyung Universitetinin İpək Yolu regionu və Mərkəzi Asiya ilə bağlı incəsənət, humanitar və sosial elmlər sahəsində mühüm tədqiqatları dərc etməyə həsr olunmuş Acta Via Serica beynəlxalq jurnalının sonuncu sayında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın “Gəncə-Qazax tipinə aid Qazax xalçalarının atribusiyasına dair” (On the Issue of the Attribution of Gazakh Carpets of the Ganja-Gazakh Type) adlı elmi məqaləsi dərc olunub. Məqalədə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına aid Gəncə-Qazax tipli xalçaların bədii-texniki xüsusiyyətlərindən, türk xalqlarının xalça sənətində mühüm yer tutan damğa və onlardan yaranmış digər naxışlardan bəhs edilir.

Aşağıdakı link vasitəsilə məqalə ilə tanış ola bilərsiniz:

https://actaviaserica.org/digital-library/56430

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.