Uşaqlar üçün
Milli İncəsənət Muzeyi 3 yaşından 15 yaşına kimi uşaqlar üçün hər aya özəl maarifləndirici və əyləncəli tədbir proqramları təqdim edir. Uşaqların səmərəli istirahəti və dünyagörüşünün artırılması məqsədi daşıyan xüsusi proqramlar milli-mənəvi dəyərlərimizi və müxtəlif ölkələrin mədəniyyətlərini özündə ehtiva etdirir.
Muzey tarixndə ilk dəfə olaraq Milli İncəsənət Muzeyi uşaqlar üçün tanınmış yazıçıların əsərlərinə həsr olunmuş “Kölgə tamaşası” və incəsənətin müxtəlif növlərini özündə cəmləyən sirli və möcüzəli Art-terapiya təqdim edir.
Muzeyə baxış zamanı uşaqlar üçün interaktiv və tematik ekskursiyalar, eləcə də uşaqların yaradıcılığını, təxəyyülünü formalaşdıran, onların gizli istedadlarını üzə çıxaran müxtəlif “ustad dərsləri” və əyləncəli kvestlər, növbənöv viktarinalar təşkil edilir.