Böyüklər üçün

Gərgin iş tempi, stress və gündəlik həyatın yorucu monotonluğundan xilas olmaq və asudə vaxtınızın səmərəli təşkili, mədəni və irsi dəyərlərimizin faydalı və maraqlı şəkildə canlandırılması məqsədi ilə Milli İncəsənət Muzeyi yaradıcı master-klasslar təşkil edir. Yaradıcı master-klasslar milli dəyərlərimizi və müxtəlif ölkələrin mədəniyyətlərini  özündə ehtiva etdirir.

Eləcə də, tematik ekskursiyalar və mühazirələr təklif edərək ziyarətçilərə Azərbaycan incəsənətinin maddi-mədəni irsi ilə yanaşı, dünya incəsənəti tarixi ilə tanışlıq imkanı təqdim edir.

Həmkarların bir-birini yaxşı tanımasına xidmət edən əyləncəli və özündə müxtəlif aktivitiləri cəmləyən team-building təqdim edir.

Siz tam fərqli dünyaya qərq olaraq gizlində  qalan  yaradıcı duyğularınızı  təsviri sənət vasitəsilə ifadə edəcək, estetik zövqünüzü formalaşdıracaqsınız.  Eləcə də, əhvalınız yaxşılaşacaq,  xoş təəssüratlarla  muzeydən ayrılacaqsınız.