Cavad Mircavadov - Planetin çığırtısı. 1978

Cümə | 29 Noyabr, 2024

AZ

Görkəmli rəssam, Azərbaycan avanqardının banisi Cavad Mircavadovun (1923-1992) əsərləri folklordan qaynaqlanan motivləri, dərin fəlsəfi yükü ilə fərqlənir. Onun tablolarında təsvir edilən obrazlar, istifadə olunan ifadə vasitələri orijinallığı və qeyri-adiliyi ilə seçilir. Ekspressiv xarakterə malik əsərlərinin əsas qəhrəmanları sırasında divlər, cinlər, qorxulu varlıqlar önəmli yer tutur. “Planetin çığırtısı” tablosu sənətkarın dünyaya, onun təzadlı hadisələrinə, insan faciələrinə səbəb amansız müharibələrə, ümumilikdə isə xeyir və şər arasındakı daimi mübarizəyə həsr edilən yaradıcılıq nümunələrindəndir. Rəssam burada yaşadığı dünyaya münasibətini bədən hissələri metamarfoza uğramış qorxunc qroteskli obrazlar, fantastik məxluqlar vasitəsilə ifadə etmişdir. Səthi-sxematik tərzdə işlənilmiş kompozisiya sənətkarın palitrasına xas coşqun, dekorativ boyaların özünəməxsus ahənginə əsaslanır.

Cavad Mircavadov

Planetin çığırtısı. 1978

Kətan, yağlı boya

 

 

ENG

 

Javad Mirjavadov (1923-1992), an exceptional artist and founder of the Azerbaijani avant-garde, is known for his works that draw inspiration from folklore and convey deep philosophical themes. His paintings are marked by originality and uniqueness, with images that often feature divs, djinns, and other eerie creatures as central characters. One notable example of his artistry is the painting ‘The Scream of the Planet,’ which addresses global issues, including the harsh realities of war and the resulting human tragedies, as well as the ongoing struggle between good and evil. In this work, Mirjavadov expresses his views on the world through grotesque images and fantastical beings with metamorphosed body parts. The composition, presented in a somewhat superficial and schematic style, showcases a unique harmony of bright, decorative colors that are characteristic of the artist's palette.

Javad Mirjavadov

The Scream of the Planet. 1978

Oil on canvas

 

 

RU

 

Для произведений Джавада Мирджавадова (1923-1992), выдающегося художника, основоположника азербайджанского авангарда, характерны мотивы, берущие свое начало в фольклоре, и глубокое философское содержание. Образы, отраженные на его картинах, и предпочитаемые этим художником выразительные средства неповторимы и необычны. Главными героями многих его экспрессивных полотен являются дивы, джинны и иные чудовища. Картина «Крик планеты» — один из примеров творчества художника, посвященный как противоречивым событиям в современном мире и жестоким войнам, несущим трагедии, так и извечной борьбе добра и зла в целом. Художник выразил свое отношение к миру, в котором жил, посредством изображения фантастических существ и жутких гротескных персонажей с метаморфизованными частями тела. Композиция, разработанная в поверхностно-схематической манере, основана на неповторимой гармонии буйных, декоративных красок, характерных для палитры этого художника.

 

Джавад Мирджавадов

Крик планеты. 1978 год

Холст, масло

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.