Tahir Salahov - Təmirçilər. 1960

Cümə | 29 Noyabr, 2024

AZ

SSRİ, Azərbaycan və Rusiyanın Xalq rəssamı, “sərt üslub”un görkəmli nümayəndəsi Tahir Salahovun (1928-2021) yaradıcılığında Azərbaycan neftçilərinin həyatından bəhs edən silsilə rəsmlər önəmli yer tutur. Bu əsərlərdə dövrün qəhrəmanlıq pafosu, Xəzər dənizi üzərində ucalan polad adaların əzəməti duyulur. "Təmirçilər" əsərində  Tahir Salahovun sevimli neftçi obrazları əks olunub. Bu tablo rəssamın yaradıcılığının xarakterik xüsusiyyətlərini özündə aydın şəkildə birləşdirir. Əsərdəki qəhrəmanlar sadəliyi, daxili sərtliyi və monumental həll ilə izləyicini valeh edir. Rəssam xatirələrində qeyd edib ki, nefçilərin qrup portretlərini yaratmaq üçün neft daşlarına yollanırdı, lakin dənizdə baş vermiş qəza onu bu fikirdən daşındırdı və təmirçiləri təsvir etməklə nəticələndi. Bu kompozisiyada, suları yarıb keçən, motorlu katerdə əyləşmiş təmkinli, cəsarətli, təmirçilər qəza yerinə yollanırlar. Qəhrəmanların sərt simalarına baxmayaraq, təmirçilərdən birinin əlində olan kiçik ağ qızılgül simvolik məna daşıyır. Belə ki, nefçilərin növbəyə gedərkən ailələrindən xatirə götürmək ənənəsi olub.

Tahir Salahov

Təmirçilər. 1960

 Kətan, yağlı boya

 

ENG

A series of paintings that depict the life of Azerbaijani oil workers holds a prominent place in the works of Tahir Salahov (1928-2021), a Peoples Artist of the USSR, Azerbaijan, and Russia, and a key representative of the ‘Severe Style.’ These works capture the heroic ethos of the era along with the grandeur of steel structures rising above the Caspian Sea. In his painting ‘Repairmen,’ which embodies the most characteristic features of Salahov’s style, the artist portrays his favored images of oil workers. The characters in the painting intrigue viewers with their simplicity, inner strength, and monumental presence. Salahov noted in his memoirs that he had originally intended to visit the Oil Rocks to create a group portrait of oil workers. However, a maritime accident occurring at that time made him rethink his plans and led him to create a piece dedicated to the repairmen instead. In this painting, calm and courageous repairmen are depicted on a boat, crossing the waves as they head toward the scene of the accident. In contrast to their stern expressions, one of the repairmen holds a white rose—a symbolic reminder of the tradition among shift workers to take something from home as a memento when going to sea.

Tahir Salahov

Repairmen. 1960

Oil on canvas

 

 

RU

 

Видное место в творчестве народного художника СССР, Азербайджана и России, видного представителя «сурового стиля» Таира Салахова (1928-2021) занимает серия картин о жизни азербайджанских нефтяников. В этих произведениях чувствуется героический пафос эпохи и великолепие стальных островов, возвышающихся над Каспийским морем. В произведении «Ремонтники», воплощающем наиболее характерные черты творчества Салахова, нашли свое отражение излюбленные художником образы нефтяников. Персонажи картины завораживают своей простотой, внутренней твердостью и монументальностью. Художник отмечал в воспоминаниях, что хотел отправиться на Нефтяные камни для создания группового портрета нефтяников, но случившая как раз в то время авария на море заставила его поменять решение и подтолкнула к созданию работы, посвященной ремонтникам. На этой картине спокойные, отважные ремонтники на катере, пересекающем волны, направляются к месту аварии. Контрастом с их суровыми лицами выглядит белая розочка в руке у одного из них – это символическое напоминание о традиции вахтовиков, отправляясь в море, брать с собой на память что-то из дому.

Таир Салахов

Ремонтники. 1960

Холст, масло

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.