Ünvan :
Niyazi küçəsi 11/9 | Bakı, Azərbaycan AZ1000
  • Əlaqə üçün :

    +994(12) 492-07-07

  • Çərşənbə axşamı, cümə axşamı, cümə 10:00-18:00
    Çərşənbə 12:00-21:00
    Şənbə, bazar 11:00-19:00
    İstirahət günü: bazar ertəsi

Elmi-bərpa şöbəsi

Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsi 2010-cu ildə yaradılmışdır. Elmi-bərpa şöbəsinin məqsədi və məramı muzey fondlarında qorunub saxlanılan maddi mədəni irs nümunələrinin – rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərinin bərpa-konservasiya işlərinin həyata keçirilməsidir. 

Müasir elm (kimya, fizika və s.) və texnologiyalara istinadən fəaliyyət göstərən laboratoriyada bu günə qədər muzeyin kolleksiyasında yer alan bir çox Azərbaycan, Qərbi Avropa, Şərq və Rusiya incəsənət nümunələri bərpa edilmişdir. 

Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərovun rəhbərlik etdiyi şöbə tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə Bakı şəhərində, o cümlədən respublikanın bir sıra bölgələrində yerləşən mədəniyyət və ictimai obyektlərdə də bərpa işləri görülmüşdür.

 

Paylaş :