Mamuka Tsetskhladzenin "Şəhərlər" adlı sərgisi...

29 Yanvar-04 Fevral, 2011

Keçirilmiş

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Azərbaycanda Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin "Şəhərlər" adlı fərdi sərgisini keçirələcək.
Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olmuşdur.

Gürcüstan torpağında anadan olub, boya-başa çatmış, Azərbaycan, Almaniya, Fransa, Rusiya, Macarıstan, Estoniya və digər ölkələrdə yaşayan və yaradıcılığını bu ölkələrdə davam etdirən rəssam bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. Məhz bunun nəticəsidir ki, onun məharətlə yaratdığı əsərlər içərisində müxtəlif şəhərlərin təsviri üstünlük təşkil edir. Rəssamın “Konstantinopol”, “Paris”, “Venesiya” və s. məşhur tabloları arasında “Köhnə Bakı” əsəri də xüsusi yer tutur.
Mamuka Tsetskhladze yaradıcılığa başladığı ilk gündən öz dəsti-xətti olan sənətkar kimi formalaşmışdır. Güclü və fərdi yaradıcılıq ehtirasına malik olan rəssamın məharətlə yaratdığı əsərlər öz orjinallığı, ifadə yeniliyi ilə diqqəti cəlb edir.
Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən ilk fərdi yaradıcılıq sərgisində 50-a yaxın rəngkarlıq və qrafika nümunəsi tamaşaçılara təqdim olunur.
Sərgi Gürcüstanın Mədəniyyət Abidələrin Mühafizəsi və İdman Nazirliyi, SOCAR Gürcüstan, ICOM Gürcüstan (Beynəlxalq muzeylər komitəsi) təşkilatlarının dəstəyi ilə keçirilir.
Sərginin açılış mərasimi 29 yanvar 2011-ci il tarixində, saat 15.00-da baş tutacaqdır.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...

Ətraflı...