"20 Yanvar" adlı sərgisi...

19 Yanvar-19 Yanvar, 2011

Keçirilmiş

1990-ci ilin 20 Yanvar günü – Azərbaycan xalqının tarixinə, yaddaşına qan ilə yazılmış bir gündür. Bu faciə əsrlərlə davam edən, xalqın ata-baba torpaqlarının itirməsinə, maddi və mənəvi dəyərlərinin tənəzzülə uğradılmasına bais olan simasız Rus imperiyasının təcavüzkar siyasətinə  etirazının son həddi, yenilməz idarəsinin nümayişi idi. Azərbaycanın azadlıq istəyii, eşqini tankın, silahın, zorakılığın gücünə susdurmağa səy göstərən  Rus ordusunun əli xalqımızın qanına bulaşsa da, xalq öz müstəqilliyini cəsarəti, fədakarlıği, hünəri, birliyi ilə qazandı.

Azərbaycan Dövlət  İncəsənət Muzeyində Azərbaycan xalqının qeyrətli oğul və qızlarının fədakar mübarizəsinə, yanvar faciəsinə həsr edilmiş “20 Yanvar” sərgi keçirilir.

Sərgidə müasir Azərbaycan təsviri sənət ustalarının 50-dən artıq qrafika, boyakarlıq və heykəltrəraşlıq əsərləri nümayiş olunur.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...