“Salam, Novruz!” adlı sərgisi...
27 Fevral-15 Aprel, 2024
Keçirilmiş
27 fevralda Azərbaycan Milli İncəsənət Muzeyində doğma yurdumuza baharın gəlişinə həsr olunmuş “Salam, Novruz!” adlı sərgi açılıb. Muzeyin kolleksiyasından seçilmiş dekorativ-tətbiqi və təsviri sənət əsərlərini əhatə edən 80-ə yaxın eksponat əsasında təqdim olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Sərginin açılışında qonaqları salamlayan və Su çərşənbəsi münasibətilə onları təbrik edən AMİM-in direktoru Şirin Məlikova öz maraqlı konsepsiyası ilə seçilən sərgi məkanının Su, Od, Yel, Torpaq çərşənbələrinə, eləcə də astronomik yeni ilin başlandığı Novruz bayramına həsr olunmuş beş tematik zala bölündüyünü qeyd etdi. O, burada sərgilənən qədim Tunc dövründən başlamış müasir dövrə qədər yaranmış dekorativ və təsviri sənət əsərlərinin Novruz çərşənbələrinin və bayramın bütün atribut və simvolları, inanc sistemi ilə əlaqələndirildiyini vurğuladı. Daha sonra tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək tarixi minilliklərlə ölçülən Novruzun zəngin adət-ənənələri və mərasimləri ilə xalqımızın ən böyük milli bayramı statusunda olduğunu söylədilər.
Son Sərgilər
Səttar Bəhlulzadə - təbiətin ecazkar nağ...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...«Açıq qapı» Günü 18 may...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...