Məmməd Mustafayevin “Gizli və aşkar” adlı fərdi sərgisi ...
24 Aprel-24 Oktyabr, 2024
Hal hazırda keçirilir
Aprelin 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” adlı fərdi sərgisi açılıb. Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamları Salhab Məmmədov, Hüseyn Haqverdiyev, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, İmad Mustafayev çıxış ediblər. Onlar rəssamın yaradıcılığının və bu sərginin müasir incəsənət üçün daşıdığı mühüm əhəmiyyətdən danışıblar. Şirin xanım, həmçinin sərginin ərsəyə gəlməsində öz köməkliyini göstərən rəssamın oğlu İmad Mustafayevə və digər əməyi olan şəxslərə minnətdarlıq ifadə edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın kuratorluğu ilə keçirilən sərgidə İmad Mustafayevin kolleksiyasından seçilmiş 30-dan artıq əsər nümayiş etdirilir. Onlar rəssamın həyatının son onilliyində ərsəyə gətirdiyi və bir çoxu indiyədək sərgilənməyən əsərlərdir. Burada kollaj və qarışıq texnika ilə yaradılan silsilə monoxrom abstrakt əsərlər və ağ, qara boyalarla işlənmiş, vizual formaların maraqlı eksperimenti ilə seçilən rəngkarlıq nümunələri, həmçinin iri formatlı, fiqurativ rəngkarlıq pannoları, heykəltəraşlıq obyektləri, eləcə də müəllifin 1960-cı illər yaradıcılığına aid qrafik rəsmlər yer alıb. Rəssamın iş prosesini əks etdirən video çarx isə onun sənət aləminə nüfuz etməni daha da yaddaqalan edir.
Sərgi 2024-cü il 24 oktyabr tarixinədək davam edəcək.
Son Sərgilər
Beynəlxalq Muzeylər Günü...
Ətraflı...«Açıq qapı» Günü 18 may...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...
Ətraflı...