"Aşiq dərviş" adlı sərgisi çərçivəsində ustad dərsi...

01 May-03 May, 2024

Keçirilmiş

1-3 may 2024-cü il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistanın müasir miniatürçü rəssamlarının “Aşiq dərviş” adlı sərgisi çərçivəsində miniatür rəssamlığı üzrə “Şərqli dərvişin portreti” adlı ustad dərsi keçirilir. Dərs tanınmış miniatürçü rəssamlar – Kəmaləddin Behzad adına Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutunun “Miniatür və kalliqrafiya” fakültəsinin professoru Behzod Hacimetov və Buxara Dövlət Universitetinin “Bədii qrafika” fakültəsinin məzunu, beynəlxalq sərgilərin iştirakçısı və kuratoru Davron Toşev tərəfindən aparılır.Ustad dərsinin iştirakçılarına  miniatür sənətinin incəlikləri, işlənmə texnikası və bu üslubda portret çəkmək nümayiş olunur.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

“Kamera ansamblı” kafedrasının konserti ...

Ətraflı...

"Vətəndaş rəssam" adlı film nümayiş olun...

Ətraflı...