“Aşiq dərviş” adlı sərgisi...

01 May-08 May, 2024

Keçirilmiş

1 may 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistan Respublikasının müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı sərginin açılış mərasimi keçirilib. Özbəkistan Təsviri Sənət Qalereyasının təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən sərgidə müxtəlif rəssamların yaradıcılığına aid miniatür üslubunda işlənilmiş  80-dən çox təsviri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş edilib.

Tədbirin açılışını  Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova edib,daha sonra Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq Rəssamı Ağaəli İbrahimov, Xalq Rəssamı Arif Hüseynov, Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kamola Akilova və sərgidə nümayiş olunan əsərlərin müəllifləri çıxış edibilər.

Tədbirdə “Özbəkistan Milli Bankı “ SC nəzdində Təsviri Sənət Qalereyası  və Azərbaycan  Milli  İncəsənət Muzeyi arasında  əməkdaşlıq  haqqında  Anlaşma  Memorandumu  da imzalanıb. Memorandum muzey ve qalereya arasında mədəni əməkdaslığın genişləndirilməsi, birgə elmi – tadqiqat işləri, təcrübə və bilik mübadiləsinin aparılması, sərgi, elmi seminar və konfransların təşkili kimi məsələləri əhatə edir.

Tədbirin sonunda qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi 8 may 2024-cü il tarixinədək davam edəcək.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...

Ətraflı...