“Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihə...

12 Yanvar-12 Yanvar, 2025

Hal hazırda keçirilir

Azərbaycan Milli İncəsənət Muzeyi “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihəni təqdim edir. Layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə dolu sənət dünyasına qərq olacaq, müxtəlif dövrlərə səyahət edəcəklər. Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihədə balacalar ta qədimdən günümüzədək incəsənət tarixi haqqında yeni biliklər əldə edəcək, mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə  təsir göstərmiş şah əsərlərlə tanış olacaqlar. Həmçinin buraya tematik ekskursiyalar,  filmlər, ustad dərsləri, bir-birindən əyləncəli viktorina və kvestlər daxildir. Layihənin əhatə etdiyi proqramlar hər həftənin şənbə və bazar günləri keçiriləcəkdir.

Qeyd edək ki, layihəyə bəşər tarixinin zəngin sivilizasiyalarından biri olan  “Qədim Misir incəsənəti”  ilə start verilir. Yanvar ayının şənbə və bazar günləri baş tutacaq proqramda uşaqlar Misir incəsənətinin tarixini, əzəmətli piramidalarını, fironların sirli dünyasını kəşf edəcək, qədim misirlilərin dünyagörüşü, məişəti, geyim tərzi və s. haqqında biliklər öyrənəcək, öz əlləri ilə firon maskası, sinə bəzəyi-pektoral və bu zəngin mədəniyyətdən bizə yaxşı məlum olan digər bəzək aksessuarlarını hazırlayacaqlar.

Öncədən qeydiyyatdan keçmək üçün

012) 492 07 07 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...

Ətraflı...