"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgi...

16 Dekabr-28 Fevral, 2024

Keçirilmiş

Dekabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi geniş ictimaiyyət üçün açılacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Qızılı Xalçalar” Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdiriləcək.

Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsünkar interyeri canlandırılacaq, bununla yanaşı, Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri, Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi, Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgilənəcək.

Sərgidə, həmçinin Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin İrəvan xanlığına aid bayraqların replikaları, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alacaq.

Sərgi 28 fevral 2024-cü il tarixinədək davam edəcək.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...

Ətraflı...