“Açıq qapı” günü...

18 May-18 May, 2023

Keçirilmiş

18 may 2023-cü il tarixində Azərbaycan Milli İncəsənət İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibəti ilə “açıq qapı” günü keçirilib.

Ziyarətçilər Azərbaycan Milli İncəsənət Muzeyində milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva edən sənət inciləri ilə tanış olublar.

Qonaqlar daimi ekspozisiya ilə yanaşı hazırda muzeyimizdə sərgilənən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev 100 - Sevimli əsərlər” və “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgiləri ilə yanaşı, Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan "Tək inci" adlı sərgisini ziyarət ediblər. Xoş ovqatla muzeyimizdən ayrılan ziyarətçilər milli, eləcə də  dünya  incəsənəti haqqında dolğun və ətraflı məlumat əldə ediblər.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...