"Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleks...

29 Mart-31 Yanvar, 2024

Keçirilmiş

Azərbaycanın Milli İncəsənət Muzeyində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri açaraq qeyd edib ki, sərgi Çin və Azərbaycan arasında dostluq əlaqələrini nümayiş etdirir: “İki ölkənin rəhbərlərinin qətiyyətli addımları sayəsində Çin və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasıdır”.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev bu layihənin ideyasından danışıb. O vurğulayıb ki, bu sərgi iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, iki xalqın mədəniyyətinin təbliği və tanınmasında əvəzolunmaz töhfə verəcək. Azərbaycan və Çin arasında əsrlər boyu qurulan iqtisadi, mədəni dostluq münasibətləri davamlı və möhkəm olacaq.

Daha sonra konsert proqramı təqdim edilib. Layihənin koordinatoru Könül Rəfiyevadır.

Çin mədəniyyəti haqlı olaraq planetdə ən qədim mədəniyyətlərdən biri hesab olunur, burada dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşü formalaşıb. Sərgi bir neçə ay davam edəcək.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...