Maslenitsa...

19 Fevral-28 Fevral, 2017

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində muzey praktikasında ilk dəfə olaraq qışın sona yetməsi və yazın gəlişindən xəbər verən Maslenitsa bayramı qeyd edildi. Maslenitsa - əsrlərdən keçərək zamanımıza qədər gəlib çatmış müxtəlif ənənələrlə dolu qədim slavyan bayramıdır.

“Muzeylər - mədəniyyətlər arasında körpüdür” layihəsi çərçivəsində keçirilən bu tədbir multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin baş mühafizi Nailə Rəhimova qeyd etdi ki, muzey məkanında Maslenitsa ilk dəfə qeyd edilir. Bütün dünya xalqları özünəməxsus adət-ənənələrlə torpağın oyanışını, yazın gəlişini bayram edir. Bu çox sevindirici haldır ki, hər bir xalq bu ənənələri nəsildən-nəsilə ötürmüş və bu günədək yaşatmışdır.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə tamaşaçılara Maslenitsanın adət-ənənələrindən bəhs edən xüsusi prezentasiya təqdim edildi. Limberq adına “Çal qarmon” Rus folklor ansamblı nəinki uşaqları, eləcə də böyükləri öz çıxışları ilə əyləndirdi, tədbirə xüsusi rəng qatdı.

Arzu edənlər Maslenitsanın əsas artibutu sayılan, ritual xarakter daşıyan blinləri dequstasiya etdilər. Uşaqlar çox böyük həvəslə günəşin rəmzi olan blinlərin hazırlanmasına tamaşa etdi, hətta bəziləri isə öz əlləri ilə dadlı blinləri hazırladılar. Muzeyin mətbəxində kulinariya şousu göstərən və möcüzələr yaradan “Barin” restoranın aşbazı eyni zamanda qədim rus blin respetlərini izləyicilərlə bölüşdü.

Uşaqlar bu günlə bağlı keçirilən müxtəlif ustad dərslərində iştirak etməyə can atdılar. Rəssam Rauf Ağayevin ustad dərsində uşaqlar rəngarəng plastilinlərdən müxtəlif nağıl qəhrəmanlarının obrazlarını, bəziləri isə hətta nağıllardan səhnələri yapdılar. Artıq ənənə halını almış, muzeyin daimi proqramına daxil edilən “Art terapiya” və Samir Talıbovun rəngkarlıq üzrə ustad dərsi onları incəsənət mühitində birləşdirərək, balaca tamaşaçılarımızda yüksək əhval-ruhiyyə oyatdı.

Bir daha bu tədbirdə bizə böyük dəstək göstərən "Barin" restoranı, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə və bütün iştirakçılara dərin minnətdarlığımızı bildiririk!

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...