«Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd» ...

10 Fevral-10 Fevral, 2022

Keçirilmiş

10 fevral 2022-ci il tarixində saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, «Nadar kolleksiyası» üzrə ekspert, xanım Matild Falqiyer tərəfindən təqdim olunan hibrid formatda «Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd» mövzusunda konfrans təşkil olundu.

Konfrans 18 dekabr 2021-ci il - 15 fevral 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində keçirilən «Pol Nadar. Bakıya əsrarəngiz səyahət» adlı sərgi sərgi çərçivəsində təşkil edildi.  Könül Rəfiyevanın kuratorluğu altında nümayiş edilən sərgi Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyilə baş tutmuşdur.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...

Ətraflı...