"Musiqi palitrası" adlı yeni əyləncəli proqram...
19 Sentyabr-30 Sentyabr, 2018
Keçirilmiş
Mədəniyyət tariximizin əlamətdar günlərindən biri olan Milli musiqi günü” münasibəti ilə bu gün Azərbaycan Milli İncəsənət Muzeyində bayram əhval-ruhiyyəli “Musiqi palitrası” adlı tədbir proqramı baş tutdu.
Respublika İncəsənət Gimnaziyasının şagirdləri milli ruhlu musiqi çələngi ilə tədbirin açılışını elan etdilər. Maarifləndirmə məqsədi ilə tədbirdə əlamətdar günün tarixindən, müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir bəy Hacıbəyov yaradıcılığından və milli musiqi alətlərindən ətraflı bəhs edildi.
Milli musiqimizi tanıtmaq, yaşatmaq və milli alətlərə sevgi aşılamaq məqsədi ilə kiçik ziyarətçilərimizə “musiqi alətlərinin imitasiyası” adlı ustad dərsi təqdim olundu.
Xoş təəssüratlarla yadda qalan tədbirimiz ay boyunca davam edəcəkdir!
3-15 yaş!
Son Sərgilər
Azərbaycan və Özbəkistanın İncəsənət muz...
Ətraflı...Milli İncəsənət Muzeyinin direktoru Çing...
Ətraflı...Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...
Ətraflı...Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...
Ətraflı...