"İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri"...

18 Oktyabr-15 Yanvar, 2018

Keçirilmiş

Oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı sərgiyə qapalı baxış keçirildi. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan xalçasının dünyada təbliğ edilməsi baxımından sərginin böyük əhəmiyyət daşıdığını vurğuladı.
Sərgidə dünyanın tanınmış sənət xəzinələri olan Viktoriya və Albert Muzeyi (London), Berlin İslam İncəsənəti Muzeyi və bir sıra şəxsi kolleksiyalarda qorunub saxlanılan zəngin və zərif tikmə nümunələri nümayiş olunur. Həmçinin sərgidə xarici eksponatlarla yanaşı, Milli İncəsənət Muzeyində qorunub saxlanan nadir bədii tikmələr də sərgilənir.
Azərbaycan Xalçaları üzrə V Beynəlxalq Simpozinuma həsr olunmuş sərgi ilə yaxından tanış olmaq üçün 2017-ci ilin oktyabrın 21-dən 2018-ci ilin yanvarın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edə bilərsiniz.

Son Sərgilər

“Nesvij”. Anlaşma Memorandumu...

Ətraflı...

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə ...

Ətraflı...

“Qız qalası.Qadın olmaq”Beynəlxalq Müasi...

Ətraflı...

“Qədim Misir incəsənəti” ...

Ətraflı...