"Xocalı qan yaddaşımız" adlı tədbir keçirildi...

26 Fevral-26 Fevral, 2018

Keçirilmiş

Ağlayın dağlar ağlayın,
Uca zirvələr, ağlayın,
Xocalının ah-fəryadı
Kəsməyir, siz də ağlayın,
Köksü, sinəni dağlayın,
Xocalıya yas bağlayın…

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biridir. Hər il xalqımız bu günü hüznlə yada salır. Xocalı faciəsinin 26-cı il dönümü ilə bağlı Milli İncəsənət Muzeyində “Xocalı qan yaddaşımız” adlı tədbir keçirildi. Tədbirdə əvvəlcə Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

6 saylı orta məktəbin müəllimi çıxışında Xocalı şəhərində törətdilən faciədən danışdı, azadlıq və müstəqillik yolunda mübarizə tariximizin gənc nəsl tərəfindən dərindən öyrənilməsi, qanlı yaddaş kimi əbədiyyən anılmasını təmənni etdi.
Xalqımızın tarixində dəfələrlə amansız soyqırım baş verib, gənc nəsl qan yaddaşımız unutmamalı və sonrakı nəsllərə ötürməlidir. Günahsız insanların qanının heç vaxt yerdə qalmayacaq və əzəli torpaqlarımızı, öz ata-baba yurdumuzu ən yaxın zamanda yağı düşməndən azad edərək, geri qaytaracağıq!
Tədbirdə gələcəyimizin qəhramanları gənc rəssamların “Xocalıya ədalət” mövzusunda yaratdıqları əsərlərlə tanış oldular. 6 saylı məktəbin şagirdləri qanlı gecəyə həsr olunmuş ürək yanğılı şeirlər söylədilər.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...