"Heydər Əliyev və incəsənət" mövzusunda mühazirə...

10 May-11 May, 2018

Keçirilmiş

10-11 may 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində anım tədbiri keçirildi. Tədbirin ilk günüdə Bakı Humanitar Kollecinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə “Heydər Əliyev və incəsənət” mövzusunda mühazirə oxundu. Mühazirədə Ulu öndərin mədəniyyət sahəsində verdiyi böyük tövhələrdən danışıldı.

Tədbirinin ikinci günündə Ulu öndərin yubleyinə itaf olunan Xalq artisti, prof. Zəhra Quliyevanın rəhbərliyi ilə DETAŞE violonçular ansamblının konserti keçirildi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu – banisi olan Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Onun rəhbərliyi illəri Azərbaycan tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil oldu.

Mədəniyyətin bütün sahələrində görünməmiş uğurlar qazanıldı. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, kino-teatr, klub, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bu qayğı sayəsində neçə-neçə görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş yetişdi.

Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...

Ətraflı...