"Əgər sehrli çubuğum olsaydı" ...

01 İyun-01 İyun, 2018

Keçirilmiş

1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə “Əgər sehrli çubuğum olsaydı...” adlı kitabın təqdimat mərasimi keçirildi.

Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçirilən tədbirdə muzeyin direktor müavini Xədicə Əsədova hər kəsi salamlayaraq uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Daha sonra "Üç alma" Nəşriyyat Evi və UAFA təşkilatının nümayəndəsi layihənin məqsəd və əhəmiyyətindən danışdılar.

Azərbaycan Milli İncəsənət Muzeyi layihənin əsas sponsoru olan "Üç alma" Nəşriyyat Evinə dərin təşəkkürünü bildirir. Şirniyyat masasını təqdim etmiş Azza şirniyyat evinə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, "Əgər sehrli çubuğum olsaydı..." adlı kitabda yer alan hər bir arzu gerçəkləşəcək!

Tədbirdə UNİCEF nümayəndəsi, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi ve digər təşkilatların rəsmi nümayəndələri iştirak etdilər. Xeyriyyə satışından əldə olunmuş vəsait layihə iştirakçıları olan məhdud imkanlı uşaqların ailələrinə təqdim olundu.

Layihənin əsas məqsədi məhdud imkanlı uşaqları məhz incəsənət vasitəsilə ictimailəşdirməkdir. Layihədə UAFA təşkilatının uşaqları iştirak etdilər. UAFA-ya minnətdarlığımızı bildiririk!

Son Sərgilər

AMİM Cartier bərpa edilmiş sənət əsərlər...

Ətraflı...

Milli Qurama Festivalı...

Ətraflı...

Çingiz Fərzəliyev fəxri üzvü seçilib...

Ətraflı...

Bədii lövhələr və Gil yapmalar ustad dər...

Ətraflı...