"İdman və incəsənət"- dəyirmi masa və virtual sərgi...
18 May-18 May, 2012
Keçirilmiş
Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkild idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın dünya və Avropa çempionatlarında, rəsmi və beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir.
Bundan əlavə ölkəmizin paytaxtı Bakı şəhəri 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcəkdir. O cümlədən Azərbaycan idmançıları 2012-ci il 27 iyul Londonda baş tutacaq Yay Olimpiya Oyunlarına qatılacaqlar.
Bütün bunları nəzərə alaraq, idmançılarımıza dəstək məqsədi ilə muzey işçilərinin peşə bayramı və 18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyində dəyirmi masa təşkil olundu.
Dəyirmi masada Milli Olimpiya Komitəsinin nümayəndələri, idmançılar, idman mövzusunda əsərlər yaratmış təsviri sənət ustaları, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivi və digər muzeylərin nümayəndələri iştirak etdi.
Dəyirmi masa iştirakçıları idmana həsr olunmuş virtual sərgi ilə də tanış oldular.
Virtual sərgidə Xalidə Səfərova, Mahmud Tağıyev, Sara Manafova, Ələkbər Rzaquliyev, İntiqam Ağayev, Vüqar Əli və Rəhim Həşimovun əsərləri yer aldı.
Son Sərgilər
Səttar Bəhlulzadə - təbiətin ecazkar nağ...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...«Açıq qapı» Günü 18 may...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...