"İncəsənət fotoqrafların gözü ilə" adlı 2-ci foto-müsabiqə...

23 Oktyabr-23 Oktyabr, 2015

Keçirilmiş

BP Azərbaycan şirkətinin sponsurluğu ilə  23 oktyabr 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci foto-müsabiqəyə yekun vuruldu. Heç bir yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqraflar da iştirak ediblər. Tədbirdə çıxış edən BP neft şirkətininin mətbuat xidmətinin rəhbəri  Tamam Bayatlı şirkətin Azərbaycanda olduğu 20 ildən artıq bir dövr ərzində Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin təbliğatçısı kimi dəstək verdiyi bir sıra mühüm layihələrdən, Azərbaycan Milli İncəsənət Muzeyi  ilə BP Azərbaycan şirkəti arasında uzun müddətli əməkdaşlıqdan söhbət açaraq, “İncəsənət fotoqrafların gözü ilə” adlı layihənin həyata keçirilməsində yaradılan şəraitə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Keçirilən rəsmi təqdimat mərasimində 3 qalibə mükafatlar təqdim edilmiş, həmçinin bütün iştirakçılara Azərbaycan Milli İncəsənət Muzeyi adından "Təşəkkürnamə"ilə təltif olunmuşdur. Rəsmi hissədən sonra, muzeyin sərgi salonunda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi nümayiş olunaraq, geniş tamaşaçı auditoriyasının ixtiyarına verilmişdir

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...