“Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti mövzu qədim xalq bayramımız Novruza həsr olunub. 

“Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti mövzu qədim xalq bayramımız Novruza həsr olunub. "Təsviri sənətdə Novruz mövzusu" adlı mühazirə AMİM-nin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim edilib. Məruzəçi milli-mədəni irsimizin, etnoqrafiyamızın vacib hissəsini təşkil edən bu sevimli yaz bayramının, onun adət-ənənələri və simvollarının rəngkarlıq, qrafika, heykəltəraşlıq, eləcə də xalq sənətkarlığı nümunələrində əksindən bəhs edib. AMİM- nin kolleksiyasında yer alan Ə.Əzimzadə, Ə.Rzaquliyev, S.Bəhlulzadə, H.Haqverdiyev, E.Şahtaxtinskaya, A.Hacıyev, X.Səfərova və digər çoxsaylı tanınmış Azərbaycan rəssamlarının əsərlərindən ibarət təqdimatın nümayiş olunduğu mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    13 Mart 2025 - 13 Mart 2025

event gallery