Dekabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Rusiyanın Əməkdar mədəniyyət işçisi, "Keramarx" Memarlıq və Bədii Keramika Muzeyinin kuratoru M.L. Makoqonova tərəfindən "Keramarx: Ekspozisiya və kolleksiya toplama fəaliyyətinə əsas yanaşmalar" adlı mühazirə təqdim olunub.

Məruzəçi "Keramarx" muzeyinin yaranma tarixindən, elmi fəaliyyətindən, muzeydə həyata keçirilən layihə və sərgilərdən bəhs edib. M.L. Makoqonova həmçinin "Keramarx" muzeyinin ekspozisiyasında yer alan keramika nümunələrinə toxunaraq onların Rusiyanın müxtəlif bölgələrindən və digər ölkələrdən əldə edildiyini vurğulayıb.

Mühazirədə xüsusi olaraq Sankt-Peterburqdakı binaları bəzəyən keramik dekor və fiqurlar, eləcə də şəhərin ümumi memarlıq xüsusiyyətləri müzakirə olunub. Burada mövcud olan müxtəlif memarlıq üslublarından danışan Makoqonova, şəhərsalma tarixində yerli üslubun meydana çıxması, onun kilsə tikintisində təzahürü və binaların fasadlarının bəzədilməsində bədii keramikanın istifadəsi haqqında maraqlı məlumatlar verib. Dinləyicilər tərəfindən maraqla qarşılanan mühazirə zamanı "Keramarx" muzeyinin ekspozisiya fəaliyyətinə dair zəngin təqdimat nümayiş olunub.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    5 Dekabr 2024 - 5 Dekabr 2024

event gallery