Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində Əməkdar rəssam Vüqar Əlinin “Zamanın qanadlarında. Vüqar Əli” sərgisinə həsr olunmuş mühazirə və rəssamla görüş keçirilib.

Tədbirdə mühazirə sənətşünas, AMİM-in İnnovasiya şöbəsinin müdiri Məhbarə Abbasova tərəfindən təqdim olunub.
Görüş zamanı rəssamın yaradıcılığının ideya-bədii xüsusiyyətləri, əsərlərində milli ornamentlərin müasir interpretasiyası və rəng həlləri geniş şəkildə təhlil edilib.
Müzakirə formatında keçən görüşdə iştirakçılar onları maraqlandıran sualları birbaşa rəssama ünvanlandırıblar. Bu canlı ünsiyyət mühiti qonaqlara sənətkarın yaradıcılıq dünyasını daha yaxından anlamaq imkanı yaradıb.
Sonda qonaqlar sərgi ilə yaxından tanış olaraq təqdim olunan əsərləri birbaşa izləmək imkanı qazanıblar.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Növ :
Muzeydə mühazirəVaxt :
14 Aprel 2026 - 14 Aprel 2026event gallery