Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani” adlı mühazirə baş tutdu.

Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani” adlı mühazirə baş tutdu.

Mühazirə Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının həmmüəllifi Aytən Əhmədova tərəfindən təqdim olundu.

Məruzədə XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yolu, onun formalaşdığı tarixi-mədəni mühit və sənət üslubunun əsas xüsusiyyətləri haqqında geniş bəhs edildi.

Məruzə zamanı kitab üzərində aparılmış tədqiqatların nəticələri əsasında rəssamın əsərlərinin tarixi konteksti, bədii-estetik məziyyətləri və simvolik məna qatları ətraflı şərh olundu. Sərgi zalında təşkil olunan mühazirə dinləyicilərə Mirzə Qədim İrəvani yaradıcılığına müəllifi olduğu unikal əsərlər müstəvisində daha dərindən nəzər salmaq imkanı yaratdı.

Maraqla qarşılanan mühazirənin sonunda filologiya üzrə elmlər doktoru, professor, Mirzə Qədim İrəvani irsi üzrə dəyərli araşdırmalar aparmış Əsgər Zeynalov çıxış edərək sənətkarın şəxsiyyəti və yaradıcılığı barədə fikirlərini bölüşdü.

Professor Əsgər Zeynalov tərəfindən muzeyə müəllifi olduğu “İrəvan ziyalıları” kitabının hədiyyə olunması tədbirə xüsusi məna qatdı.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    22 Yanvar 2026 - 22 Yanvar 2026

event gallery