Yanvarın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə”layihəsi çərçivəsində “20 Yanvar təsviri sənətdə” adlı mühazirə keçirilib. AMİM-nin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim olunan mühazirədə Azərbaycan xalqının müasir tarixinə qanlı, həm də qürurlu səhifə kimi yazılmış 20 Yanvar hadisələrinin təsviri sənət ustalarımızın əsərlərindəki bədii təzahürü geniş təhlil edilib.

Əsəd Quliyev faciənin ilk günlərindən etibarən rəssamların bu mövzuya reaksiyasını, milli kədər və ləyaqət hissinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrində necə əks olunduğunu dinləyicilərin diqqətinə çatdırıb.
Mühazirədə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında yer alan mövzuya dair dəyərli sənət əsərlərinin həm görüntülü “tarixi sənəd”, həm də yüksək bədii nümunə kimi əhəmiyyətindən danışılıb.
Mühazirə dinləyicilər tərəfindən diqqətlə izlənilib, təqdim olunan bədii nümunələr və təhlillər geniş maraq doğurub.
Növ :
Muzeydə mühazirəVaxt :
19 Yanvar 2026 - 19 Yanvar 2026event gallery