İyunun 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Hessen-Darmştadtlı şahzadələr Azərbaycan Milli İncəsənət Muzeyinin inciləri sırasında” adlı mühazirə keçirilib.

İyunun 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Hessen-Darmştadtlı şahzadələr Azərbaycan Milli İncəsənət Muzeyinin inciləri sırasında” adlı mühazirə keçirilib.

AMİM-nin Qrafika fondunun böyük elmi işçisi Aysel Salamovanın təqdim etdiyi mühazirədə Hessen şahzadələrinin həyatı haqqında maraqlı məlumatlar verilib. Alman rəssamı Fridrix Avqust fon Kaulbax, fransız rəssamı Jan - Jozef Benjamen -Konstantın yaradıcılıqlarına toxunularaq onların fırçasına məxsus Hessen şahzadələri “İmperatriça Aleksandra Fyodorovna” və “Böyük knyaginya Yelizaveta Fyodorovna”nın portretlərinin tarixindən söhbət açılıb, əsərlərin bədii təhlili aparılıb və bu portretlərin muzey kolleksiyasındakı xüsusi dəyəri vurğulanıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    12 İyun 2025 - 12 İyun 2025

event gallery