12 iyun 2026-cı il tarixində saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Küləklər şəhərinin salnaməsi XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” sərgisi çərçivəsində “Viqqo Langerin yaradıcılığında Bakı” mövzusunda mühazirə təqdim olunacaq.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova tərəfindən təqdim olunacaq məruzədə Danimarka və Almaniya rəssamı Viggo Langerin yaradıcılığında Bakı mövzusu ilk dəfə geniş elmi aspektdə araşdırılacaq.
Rəssamın 1911-ci ildə Bakıya səfərinin onun yaradıcılığına təsiri, şəhərin memarlıq və mənzərə xüsusiyyətlərinin əsərlərində əksi, eləcə də bu istiqamətdə aparılmış tədqiqatların nəticələri iştirakçıların diqqətinə çatdırılacaq.
Viggo Langerə məxsus “Şirvanşahlar sarayı. Minarə” (1911) əsəri 2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Danimarkanın məşhur “Bruun Rasmussen” hərrac evindən əldə olunub və hazırda “Küləklər şəhərinin salnaməsi XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” sərgisində ilk dəfə ictimaiyyətə təqdim ediləcək.
Məruzə zamanı əsərin reatribusiya məsələsinə də aydınlıq gətiriləcək və bu mövzu ilə bağlı yeni elmi faktlar təqdim olunacaq
Növ :
Muzeydə mühazirəVaxt :
12 İyun 2026 - 12 İyun 2026event gallery