12 dekabr 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan rəssamlığı” adlı mühazirə keçirildi.

12 dekabr 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan rəssamlığı” adlı mühazirə keçirildi. Muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim olunan mühazirədə görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı Heydər Əliyevin incəsənətə, sənət insanlarına göstərdiyi qayğı və diqqətdən, mədəniyyət sahəsində həyata keçirdiyi böyük tədbir və layihələrdən, rəssam və heykəltəraşlarla dostluq münasibətlərindən bəhs edildi.

Mühazirənin sonunda Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” adlı sənədli film nümayiş olundu. Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə çəkilmiş filmin layihə rəhbəri və baş prodüsseri Namiq Hüseynovdur.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    12 Dekabr 2024 - 12 Dekabr 2024

event gallery