Azərbaycan Milli İncəsənət Muzeyində  “Çağırış- zaman və məkan boşluğunda itmiş simvollar” adlı sərgi çərçivəsində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliynin sədri, millət vəkili Ülviyyə Həmzəyeva ilə tələbələrin  görüşü  baş tutub.

Azərbaycan Milli İncəsənət Muzeyində  “Çağırış- zaman və məkan boşluğunda itmiş simvollar” adlı sərgi çərçivəsində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliynin sədri, millət vəkili Ülviyyə Həmzəyeva ilə tələbələrin  görüşü  baş tutub. Tədbir  rəssamın əsərləri nümayiş olunan  sərgi zalında keçirilib. Ülviyyə Həmzəyeva görüş iştirakçılarına  qrafik əsərləri, əsas ilham mənbələri, yaradıcılıq axtarışları və öz sənət yolunda qarşılaşdığı  maraqlı məqamlar haqqında danışıb.

Rəssam gənc nəslin nümayəndələrinə dəyərli məsləhətlər verib və milli mədəni irsimizin qorunub saxlanılması, təbliğinin vacibliyini,  eləcə də vətənpərvərliyin  önəmini qeyd edib. Tələbələr rəssamın sənətə fərqli yanaşmasına, özünəməxsusuluğuna xüsusi maraq göstərərək ona öz suallarını ünvanlayıblar. Səmimi şəraitdə keçən maraqlı tədbirin sonunda Ülviyyə Həmzəyeva gənclərə uğurlar arzulayıb və onlarla xatirə şəkli çəkdirib.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    27 Fevral 2025 - 27 Fevral 2025

event gallery