Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illik yubileyi çərçivəsinndə keçirilən “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” adlı sərgidə Qazaxıstanın müxtəlif nəsillərə aid rəssamlarının 30-a yaxın rəngkarlıq əsəri təqdim olunur. 

Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illik yubileyi çərçivəsinndə keçirilən “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” adlı sərgidə Qazaxıstanın müxtəlif nəsillərə aid rəssamlarının 30-a yaxın rəngkarlıq əsəri təqdim olunur. Azərbaycan Milli İncəsənət Muzeyi müstəqillik dövründə ilk dəfə olaraq keçmiş sovet respublikalarına aid əsərlərin saxlanıldığı fondlarına müraciət edərək sərgidə tanınmış qazax rəssamlarının qrafika və rəngkarlığa aid 8 əsərini nümayiş etdirir. Layihə Qazaxıstanın bədii irsini geniş mədəni-tarixi kontekstdə dərk etməyə yönəlmişdir.

Ekspozisiyada milli rəngkarlıq məktəbinin formalaşmasının kökündə duran sənətkarların — Abılxan Kasteyev, Moldaxmet Kenbayev, Kanafiya Teljanov, Nurbek Tansıkbayev və Mariya Lizoqubun əsərləri mühüm yer tutur. Burada akademik məktəb ilə köçəri mədəniyyətinə söykənən obrazlı təfəkkür üzvi şəkildə birləşir. İlk peşəkar qazax qadın rəssamı Ayşə Qalimbayeva, Sabur Mambeyev, Salixitdin Aytbayev və Şaymardan Sariyevin əsərlərində isə obrazın daxili məzmununa, onun rəmzi və fəlsəfi aspektlərinə diqqət daha da artır.

Qazaxıstan təsviri sənətinin banilərindən biri olan Abılxan Kasteyevin yaradıcılığı muzey kolleksiyası üçün böyük əhəmiyyət kəsb edir. 1984-cü ildən muzeyin adını daşıdığı ilk qazax rəssamı, fitri istedad sahibi olan bu sənətkar təbiətə sadiq qalaraq realistik əsərlər yaratmışdır.

Sərgi avqustun 31-dək davam edəcək.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    6 May 2026 - 31 Avqust 2026

event gallery