Aprelin 9-da Azərbaycan Milli İncəsənət Muzeyində müasir təsviri sənətin tanınmış nümayəndəsi, Əməkdar rəssam Vüqar Əlinin əsərlərindən ibarət “Zamanın qanadlarında. Vüqar Əli” adlı sərginin açılışı və eyniadlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent Şirin Məlikova, elm və təhsil nazirinin müavini İdris İsayev, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, kitabın müəllifi, ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış ediblər. Onlar öz çıxışlarında rəssamın əsərlərində milli-mənəvi dəyərlərin, nağıl motivlərinin və simvolik obrazların xüsusi yer tutduğunu vurğulayıblar. Həmçinin rəssam haqqında Sevil Kərimova tərəfindən yazılmış monoqrafiyanın əhəmiyyəti qeyd olunub. Azərbaycan və ingilis dillərində hazırlanmış nəşrdə rəssamın obrazlar sistemi, simvolik dili və plastik ifadə vasitələrinin milli- mədəni kodlarla əlaqələndirərək daha geniş kontekstdə təqdim olunduğu bildirilib. Sonda Vüqar Əli çıxış edərək sərginin və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və qonaqları sərgi ilə tanış olmağa dəvət edib.
Növ :
SərgilərVaxt :
10 Aprel 2026 - 15 Aprel 2026event gallery