Martın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində “Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi” adlı sərgi açılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı və Özbəkistanın Azərbaycandaki səfirliyinin, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının dəstəyi ilə keçirilən layihə Daşkənd tikmə məktəbinin dirçəldilməsi və əsərləri böyük ənənənin müasir davamının nadir nümunəsinə çevrilmiş sənətkar Mədinə Kasımbayevayanın həsr olunub.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodir, özbək tikmə sənətinin tanınmış nümayəndəsi Mədinə Kasımbayeva, Özbəkistan Respublikası "Hunarmand" Assosiasiyasının sədri Rasuljon Mirzaahmedov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər.
Çıxışlarda süzəni sənətinin Orta Asiya dekorativ-tətbiqi sənətində tutduğu mühüm yer, Özbəkistanın zəngin tikmə ənənələrinin qorunması və təbliğinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu sərgi Azərbaycan və Özbəkistan arasında yüksək mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də iki xalqın ortaq sənət ənənələrinin təbliğinə öz töhfəsini verəcək.
Növ :
SərgilərVaxt :
13 Mart 2026 - 30 Aprel 2026event gallery