AMİM-nin direktoru Şirin Məlikovanın məqaləsi “Музей” jurnalında dərc olunub.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın məqaləsi Rusiyada nəşr olunan “Музей” jurnalının 4-cü nömrəsində dərc olunub. “Fars körfəzi ölkələrində yeni nəsil muzeylər: memarlıq, narrativ və təəssüratlar sənayesi” adlı məqalədə BƏƏ və Qətərin aparıcı muzeyləri nümunəsində müasir muzeylərin memarlıq, ekspozisiya həlləri və multimedia texnologiyalarının qarşılıqlı əlaqəsi təhlil edilir. Məqalədə muzeylərin milli kimliyin formalaşması, mədəni diplomatiya və beynəlxalq imicin yaradılmasındakı rolu xüsusi vurğulanır.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    None - None