4 dekabr 2024-cü il tarixində başlayan Azərbaycan Milli İncəsənət Muzeyinin “De Bur Sarayının Kaminləri”  layihəsi, hazırda Rossotrudniçestvo və Bakıdakı Rus evinin “Xeyirxahlıq Missiyası” çərçivəsində “İlhamverənlər. "Xeyirxah Əməllər Zamanı Forumu" layihəsi ilə tərəfdaşlıq əsasında həyata keçirilir.

4 dekabr 2024-cü il tarixində başlayan Azərbaycan Milli İncəsənət Muzeyinin “De Bur Sarayının Kaminləri”  layihəsi, hazırda Rossotrudniçestvo və Bakıdakı Rus evinin “Xeyirxahlıq Missiyası” çərçivəsində “İlhamverənlər. "Xeyirxah Əməllər Zamanı Forumu" layihəsi ilə tərəfdaşlıq əsasında həyata keçirilir. Layihənin məqsədi 1951-ci ildən etibarən muzeyimizin bir binasının yerləşdiyi De Bur sarayındakı keramik soba və kaminlərin elmi araşdırılması və atribusiyasıdır. Digər məqsəd isə  XIX və XX əsrlərin qovşağında ilk neft bumu dövründə Avropa üslubunda tikilən binaların fonunda bu artefaktların mədəni-tarixi kontekstdə öyrənilməsidir. Bu dar çərçivəli  mövzu, əslində mədəni-tarixi əlaqələrin geniş bir spektrini aşkarlayır.

Araşdırma prosesində mühüm işləq görülüb – sarayın əksər kamin və sobalarının ölçüləri götürülüb, istehsal möhürləri aşkar edilib, Bakıdakı digər tarixi bina və  mənzillərdə sobalar nəzərdən keçirilib.

Azərbaycan Memarlar İttifaqını (AMİ) ziyarət  zamanı  ittifaqın  sədri Elbəy Qasımzadə layihəni dəstəkləyərək AMİ-nin də əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ilə görüş də çox səmərəli keçdi. Bu görüş nəticəsində AMİM-in  inşası ilə bağlı  arxiv materialları və sobaların ölçülərinə dair qiymətli məlumatlar əldə edildi.

Bundan başqa, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və "Keramarx" Muzeyinin mütəxəssisləri Hacı  Zeynalabdin Tağıyevin sarayında yerləşən Milli Azərbaycan Tarixi Muzeyini, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini, Nəriman Nərimanovun ev-muzeyini və milyonçu Budaqovun iş otağını ziyarət ediblər. Layihəyə Bakı Memarlığının  tanınmış tətqiqatçısı Elçin Əliyev də öz böyük arxivi ilə qoşulub. Qeyd edək ki,böyük maraq doğurmuş layihə çərçivəsində elmi-tədqiqat işlərinin aparılması davam etdiriləcək. Tədqiqatın nəticəsində  ekskursiya mətnləri yazılacaq və mütəxəssislərin arxiv materialları ilə zəngin kitab dərc olunacaq

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    10 Dekabr 2024 - 10 Dekabr 2024
1 : 00 AM

Hour
Minutes
AM PM
1 2 3 4 5 6 7 8 9 10 11 12