11 sentyabr 2026- cı il tarixində Bakıda yerləşən “Gazelli Art House”-da XX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs” adlı panel müzakirəsi keçirilib.

“Mikayıl Abdullayev: Uzaq yolların işığı” sərgisi çərçivəsində təşkil olunan görüşdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Xalq rəssamı, Fərhad Xəlilov və kurator Nigar Rzayeva çıxış ediblər. Görüşün moderatoru Zeynəb Cahan, xüsusi qonağı isə rəssamın oğlu Cami Abdullayev olub.

Şirin Məlikova çıxışında Mikayıl Abdullayevin sənət irsinə və şəxsiyyətinə fərqli baxışın vacibliyini vurğulayıb. O qeyd edib ki, sərgi və panel müzakirəsi rəssamı yalnız yüksək fəxri ad və mükafatlara layiq görülmüş sənətkar kimi deyil, həm də mürəkkəb tarixi dövrdə formalaşmış şəxsiyyət kimi tanımağa imkan yaradır.

Panel zamanı rəssamın yaradıcılıq yolunun müxtəlif mərhələləri, xarici səfərləri və bu səfərlərin onun yaradıcılığına təsiri, portret janrında əsərləri, eləcə də monumental sənət sahəsindəki fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    11 Sentyabr 2026 - None

event gallery